AnTuTu 2019-ci il Mart ayı üçün 10 ən yaxşı Android telefonları siyahısını təqdim edir.
AnTuTu bençmarkı yeni Top-10 reytingini paylaşdır.Reyting mart ayı ərzində,çin istifadəçilər arasında əldə olunan nəticələrə əsasən hazırlanıb.
Reytingin yeni lideri, 372 072 ortalama xal ilə Xiaomi Mi 9 Transparent Edition (Explorer Edition) modeli oldu.İkinci pillədə sadə Mi 9 flaqmanı 371 878 xal ilə məskunlaşıb.Yeni Vivo İQOO Monster modeli isə, 365 430 xal ilə 3-cü pilləni tutub.
Samsung Galaxy S10+ (359 987 xal) və S10 (359 217 xal) modelləri (Snapdragon 855 ilə) 4 və 5-ci yerləri tutublar.Vivo İQOO (356 510 xal) oyun smartfonu 6-ci pilləni, Lenovo Z5 Pro GT (348 591 xal) flaqmanı 7-ci yerdə qərarlaşıb.Nubia Red Magic Mars (315 200 xal) 8-ci yerdədir.
Honor V20 (306306 xal) 9-cu pillədə və 10-cu yeri isə Huawei Mate 20 X (303174 xal) modeli tutub.
Atıq Snapdragon 855 ilə smartfonları istifadə verilməsi ilə reytingdə ciddi dəyişikliklər olub və olmağa davam edəcək.
Statistik qaydalar:
1. Xal : bütün xallar orta hesabla qiymətləndirilir, hər modelin ən yüksək xalı deyil (faktiki nəticələr oynaya bilər,bu normal bir haldır).
2. Məlumat toplama müddəti: 1 dekabr 2018-ci ildən 31 dekabr 2018-dək.
3. Data məbləği: model başına ən azı 1000 ədəd.
4. Məlumat mənbəyi: Antutu Benchmark V7